Məşhur aktrisanın cinayətə qurban getdiyi iddia edilir
Məşhur aktrisanın cinayətə qurban getdiyi iddia edilir
Bir neçə gün əvvəl vəfat edən "Yeşilcam" ulduzu 80 yaşlı Fatma Girikin öldürüldüyü iddia edilib.
Polemika.az xəbər verir ki, bu barədə onun qardaşı Günay Girik məlumat verib.
Onun sözlərinə görə, bacısı xəstəxanada törədilən cinayətə qurban gedib:
"Bacım ölümcül xəstə deyildi. Koronavirusa xəstəxanada yoluxub. Hər zaman olduğu kimi, müayinəyə getmişdi. Bu göz görə-görə cinayətdir. Hadisənin haradan qaynaqlandığını tapdım. Şübhələndiyim üçün işin üzərinə düşdüm".