Liderin kulinariya kəşfi - "Burrito" meksikalılarındır, yoxsa koreyalıların?

Liderin kulinariya kəşfi -  "Burrito" meksikalılarındır, yoxsa koreyalıların?

Liderin kulinariya kəşfi - "Burrito" meksikalılarındır, yoxsa koreyalıların?

Şimali Koreyanın rəsmi mediası ölkə lideri Kim Çen Inın atası Kim Çen İrin Meksikanın "burrito" yeməyinə bənzər dürməyin ixtiraçısı olduğunu iddia edib.

Polemika.az "Next Shark"a istinadla xəbər verir ki, Pxenyandakı Komsonq qida fabrikinin qarşısındakı küçə yeməkləri köşkündə, təqdimat videosunda insanlara qəribə bir dürmək göstərilir. O, uşaqlar və əsgərlər də daxil olmaqla hamıya satılır.

İçi kələm və yerkökü kimi tərəvəzlə doldurulmuş bu qidanın adı məlum deyil. Zahirən o, Meksika "burrito"sunu xatırladır.

Kənd təsərrüfatı ilə bağlı problemlərin yaşandğı Şimali Koreyada insanların ərzaq çatışmazlığından əziyyət çəkdiyi məlumdur.

"Burrito"ya gəlincə, onun orijinal mənşəyi bilinməsə də, Meksika mətbəxinə aid edilir və 1950-ci illərdə ABŞ-da da məşhurlaşıb.

Liderin kulinariya kəşfi - "Burrito" meksikalılarındır, yoxsa koreyalıların?