Kəlbəcər yolu qardan belə təmizlənir - Video

Kəlbəcər yolu qardan belə təmizlənir

Kəlbəcər yolu qardan belə təmizlənir - Video

Toğanalı-Kəlbəcər avtomobil yolunun Murovdağ silsiləsindən keçən hissəsində (Ömər aşırımı) hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə yolun qardan və buzdan təmizlənməsi istiqamətində mütamadi olaraq fasiləsiz işlər aparılır. 

Bu barədə Polemika.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Məlumata görə, yolun təmizlənməsinə ümumilikdə 12 maşın-mexanizm və texnika cəlb edilib. Maşın-mexanizm və texnikaların Ömər aşırımında fasiləsiz xidmətini təşkil etmək, o cümlədən duz-qum ehtiyatının saxlanılması məqsədi ilə qayalıq ərazidə 40 metr uzunluğunda tunel-ambar tikilib, işçilərin isinməsi və istirahəti üçün xüsusi xidməti sahə yaradılıb. 

Kəlbəcər yolu qardan belə təmizlənir - Video