KTMT qüvvələri Qazaxıstana daxil oldu

KTMT qüvvələri Qazaxıstana daxil oldu

KTMT qüvvələri Qazaxıstana daxil oldu

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin tərkibində Qazaxıstana hərbçi göndərib.

“Sputnik-Armeniya” xəbər verir ki, söhbət “Qazaxıstanda kütləvi etirazlar fonunda kontingentin tərkibində strateji əhəmiyyətli obyektlərin mühafizəsini təmin etməli olan 70-ə yaxın hərbçidən gedir”.

Ötən çərşənbə günü Qazaxıstan Təhlükəsizlik Şurasının iclasında çıxış edən ölkə prezidenti Qasım-Jomart Tokayev yardım üçün KTMT ölkələrinin liderlərinə müraciət etdiyini bildirib. Dövlət başçısı vurğulayıb ki, Qazaxıstanda baş verən iğtişaşları xarici təcavüz hesab edir, çünki ölkədə iğtişaşlara səbəb olan terrorçu dəstələr xaricdə təlim keçiblər.

Eyni zamanda, Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Yuri Şvıtkin bildirib ki, Qazaxıstanda silahlı etirazçılar ölkədə vəziyyətin asan olmamasına baxmayaraq, KTMT hərbçilərinə müqavimət göstərə bilməyəcəklər. 

"Onsuz da vəziyyət asan deyil. Ən böyük çətinlik etirazçıların əllərində silahların olmasıdır. Bu, kifayət qədər təhlükəlidir", - Şvıtkin cümə axşamı "İnterfaks"a bildirib.

 O, “hərbçilər koloniyası peyda olan kimi etirazçılar geri çəkiləcəklərinə” əmin olduğunu bildirib.

"Şübhə yoxdur ki, KTMT-nin sülhməramlı kontingenti və xüsusilə bizim hərbçilər qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcəklər. Bizim təcrübəmiz var, bu, Bakıdır, mən orada olmuşam, Oşda da, Fərqanədə də", - Şaytkin bildirib.

Şvıtkin, KTMT sülhməramlı kontingentinin tərkibinə təkcə Rusiya, Belarus qüvvələrinin deyil, Ermənistan və Tacikistanın da daxil olmasını vacib sayır.

"Bunu vurğulamaq vacibdir, çünki bu, artıq demək olar ki, tamamilə KTMT-nin tərkibinə daxil olan hərbi kontingentin iştirakı ilə kompleks tədbirlərdən danışır", - komitə sədrinin müavini bildirib.

KTMT qüvvələri Qazaxıstana daxil oldu