Kreml uzun masanın sirrini açdı: "Bu ona görədir ki..."

Kreml uzun masanın sirrini açdı: "Bu ona görədir ki..."

Kreml uzun masanın sirrini açdı: "Bu ona görədir ki..."

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında danışıqlar masasının seçilməsi dünyada koronavirusla bağlı mövcud vəziyyətlə əlaqəlidir.

Polemika.az xəbər verir ki,bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.

"Yalnız epidemioloji tədbirlər, başqa səbəb yoxdur", - deyə Rusiya liderinin sözçüsü izah edib.

Bundan əvvəl bir sıra xarici nəşrlər Putin və Makronun Moskvada danışıqlarda oturduğu çox uzun masaya diqqət çəkib. Xüsusən də Britaniyanın “The Sun” qəzeti Rusiya prezidentinin fransalı vəzifədaşı ilə görüş keçirdiyini, məsafəni saxlamaq üçün onu böyük stolun o biri ucunda oturtduğunu qeyd edib. Öz növbəsində, "Daily Mail" jurnalistləri Putinin bu yolla hazırda Rusiya ilə Qərb arasında mövcud olan uçurumu göstərmək istədiyini irəli sürüb.

Bundan əvvəl iki ölkə liderlərinin Kremldə görüş zamanı əks olunan foto sosial şəbəkələrdə "mem"ə çevrilmişdi. Xüsusilə də istifadəçilər zarafatla deyiblər ki, Putin və Makron arasında danışıqlar masanın uzunluğuna görə bu qədər uzun çəkib.

İki ölkə liderləri arasında danışıqlar fevralın 7-də Kremldə keçirilib və beş saatdan çox davam edib. Nəticədə Putin Makronla görüşün işgüzar şəraitdə keçdiyini, mənalı və faydalı olduğunu bildirib. Dövlət başçısı həmçinin qeyd edib ki, Fransa prezidenti ilə NATO-nun genişlənməməsi və Ukrayna ətrafındakı vəziyyəti müzakirə edib.

Kreml uzun masanın sirrini açdı: "Bu ona görədir ki..."