Kreml Putin-Ərdoğan danışığının detallarını açıqladı

Kreml Putin-Ərdoğan danışığının detallarını açıqladı

Kreml Putin-Ərdoğan danışığının detallarını açıqladı

Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı bildirib ki, Ukraynada “xüsusi əməliyyat”ın dayandırılması yalnız Kiyev döyüşləri dayandırsa və Rusiyanın tələblərini yerinə yetirərsə mümkündür.

Yenisabah.az xəbər verir ki, bu barədə Kremlin ümumi bəyanatında deyilir.

“Ukrayna təhlükəsizlik qüvvələrinin öz qüvvələrini və vasitələrini yenidən toplamaq üçün istifadə etdiyi danışıqlar prosesini uzatmaq cəhdlərinin nəticəsizliyinə diqqət çəkilib. Bununla bağlı xüsusi əməliyyatın dayandırılmasının yalnız Kiyevin hərbi əməliyyatları dayandırması və Rusiyanın məlum tələblərini yerinə yetirməsi şərti ilə mümkün olduğu vurğulanıb”, - Kremlin mətbuat xidməti liderlərin söhbətindən sonra bildirib.

Putin Rusiyanın münaqişənin həlli üçün Ukrayna ilə dialoqu davam etdirməyə hazır olduğunu təsdiqləyib: “Rusiya tərəfinin münaqişənin həlli üçün Ukrayna hakimiyyəti və xarici tərəfdaşlarla dialoqa hazır olduğu təsdiqlənib”.

Kreml Putin-Ərdoğan danışığının detallarını açıqladı