Koronavirusdan sonra yeni pandemiya olacaq - XƏBƏRDARLIQ

Koronavirusdan sonra yeni pandemiya olacaq

Koronavirusdan sonra yeni pandemiya olacaq - XƏBƏRDARLIQ

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş xəbərdarlıq edib.

Polemika.az xarici mediaya istinadla bildirir ki, onun sözlərinə görə, koronavirusdan sonra bəşəriyyət yeni bir pandemiya ilə üzləşəcək. O, bu gün növbəti bədbəxtliyə hazırlaşmağa çağırıb.

“COVID-19 bəşəriyyətin üzləşdiyi son pandemiya olmayacaq. Bu sağlamlıq böhranı ilə mübarizə apararkən, növbəti pandemiyaya hazırlaşmalıyıq”, - baş katib özünün “Twitter” səhifəsində yazıb.

O, yeni təhlükəyə xüsusi diqqət yetirməyi və problemin həlli üçün lazım olan məbləğdə investisiyaların ayrılmasını təklif edib. (Lent.az)

Koronavirusdan sonra yeni pandemiya olacaq - XƏBƏRDARLIQ