Koronavirusa görə 2 dəfə bağlanan məktəb yenidən açıldı

Koronavirusa görə 2 dəfə bağlanan məktəb yenidən açıldı

Paytaxtdakı Məktəb-Lisey Kompleksində əyani dərslər bərpa edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Polemika.az-a verilən mılumata görə, məktəb-liseyin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Koronavirusa görə 2 dəfə bağlanan məktəb yenidən açıldı