Könüllülər 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad etdilər - Fotolar

Könüllülər 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad etdilər - Fotolar

Könüllülər 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad etdilər - Fotolar

Xalqımızın qan yaddaşına qəhrəmanlıq tarixi kimi həkk olunmuş 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə ölkənin aparıcı könüllü təşkilatlarını təmsil edən Azərbaycan könüllüləri Şəhidlər Xiyabanını ziyarət ediblər.

Polemika.az xəbər verir ki, könüllülər ölkəmizin müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla yad edərək məzarları üzərinə qərənfillər düzüb, onların xatirəsini heç vaxt unutmayacaqlarını və hər zaman uca tutacaqlarını bildiriblər.

20 yanvar şəhidlərinin başladığı yolda inamla addımlayan xalqımız həm dövlət müstəqilliyini əldə etmiş, həm Ulu öndər Heydər Əliyevin sayəsində bu müstəqilliyi möhkəmləndirmiş, həm də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun sayəsində ərazi bütövlüyümüzü bərpa etmişdir.

Yaşasın müstəqil, qüdrətli Azərbaycan dövləti!

Könüllülər 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad etdilər - Fotolar