“Kiyevin Zelenskinin öldürüləcəyi halda “B” planı var...” - Blinkendən şok açıqlama

“Kiyevin Zelenskinin öldürüləcəyi halda “B” planı var...” - Blinkendən şok açıqlama

“Kiyevin Zelenskinin öldürüləcəyi halda “B” planı var...” - Blinkendən şok açıqlama

ABŞ Dövlət katibi Entoni Blinken bəyan edib ki, ukraynalıların Zelenskinin öldürüləcəyi təqdirdə "hakimiyyətin fasiləsizliyini" təmin edəcək "B" planı var.

Polemika.az xəbər verir ki, bunu o, martın 6- da CBS News  telekanalının "Face the Nation" proqramında deyib.

Teleaparıcının "Rusiya hərbçiləri tərəfindən Zelenski öldürülərsə, Ukrayna ilə nə baş verəcək?" sualına Blinken belə cavab verib:

"Ukraynalıların öz planları var, mən bu barədə danışmayacağam və təfərrüatlara varmayacağam. Prezidentin öldürüləcəyi təqdirdə hakimiyyətin fasiləsizliyinin təmin edilməsi planı var. Detallarını açıqlamaq istəməzdim",- Blinken deyib.

Bu zaman dövlət katibi Zelenskinin liderlik keyfiyyətlərini və mətanətini yüksək qiymətləndirib.

"Zelenskinin və bütün hökumətin nümayiş etdirdiyi liderlik xüsusiyyətləri gözəldir. Bu, inanılmaz dərəcədə cəsur Ukrayna xalqının təcəssümü oldu",- Blinken deyib.

Eyni zamanda dövlət katibi ümid etdiyini bildirib ki, Putin "uduzmağa məhkumdur".

"Sadəcə döyüşü udmaq hələ savaşı udmaq demək deyil. Şəhəri götürmək Ukrayna xalqının qəlbinin və ağlının fəth edilməsi demək deyil",- Blinken bəyan edib.

O, əlavə edib ki, Ukrayna və onun müttəfiqləri Rusiya təcavüzünün hələ bir müddət davam etməsinə hazır olmalıdır, "amma bu təcavüz bitəcək və Ukrayna qalib gələcək".

ABŞ dövlət katibi təsdiq edib ki, Birləşmiş Ştatlar Polşa ilə Ukraynaya Polşanın döyüş təyyarələrinin verilməsini və Polşaya bu təyyarələrin əvəzinə Amerikanın qırıcı təyyarələrinin tədarükü barədə müzakirələr aparır.Moderator.az

“Kiyevin Zelenskinin öldürüləcəyi halda “B” planı var...” - Blinkendən şok açıqlama