"Kiyevi işğal etmək cəhdi xaotik aparılır" - Amerikalı ekspertlər

"Kiyevi işğal etmək cəhdi xaotik aparılır" - Amerikalı ekspertlər

"Kiyevi işğal etmək cəhdi xaotik aparılır" - Amerikalı ekspertlər

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevi işğal etmək cəhdi Moskvanın planlaşdırdığından qat-qat xaotik şəkildə davam edir.

Polemika.az xəbər verir ki, bu barədə Vaşinqtonda yerləşən Müharibə Araşdırmaları İnstitutu analitik mərkəzi məlumat yayıb.

Onun hesabatında qeyd olunur:

"Günlərdir paytaxtın şimal-qərbində minlərlə rus əsgəri və hərbi texnikası gözləyir. Mütəxəssislər Rusiyanın logistika problemlərini qısa zamanda aradan qaldıracağını və bir neçə gün ərzində paytaxta hücum edəcəyini düşündüklərini bildiriblər".

Təhlillər nəticəsində müəyyən edilib ki, Rusiya qoşunları Kiyevin şərq, şimal-qərb və qərb kənarlarında cəmləşib.

Ekspertlər rus qüvvələrinin 24-96 saat ərzində paytaxta hücuma başlayacağını proqnozlaşdırıblar.

"Kiyevi işğal etmək cəhdi xaotik aparılır" - Amerikalı ekspertlər