Keçmiş polisə atəş açan ailə üzvü olub - TƏFƏRRÜAT

Keçmiş polisə atəş açan ailə üzvü olub

Keçmiş polisə atəş açan ailə üzvü olub - TƏFƏRRÜAT

Bakıda beş gün əvvəl - yanvarın 20-də avtomobilə atəş açılması ilə bağlı baş verən hadisənin bəzi təfərrüatı məlum olub.

Polemika.az Oxu.az-a istinadən xəbər verir ki, avtomobilinə atəş açılmış Tərlan Namazov keçmiş polis əməkdaşıdır.

O, əvvəllər xidmətdə yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarından xaric edilib. Ona atəş açan şəxs isə T.Namazovun ailə üzvü olub.

Belə ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Atəş açan şəxsin hadisə zamanı sərxoş olduğu bildirilir. Həmin şəxs artıq polis əməkdaşları tərəfindən saxlanılıb.

 

 

Keçmiş polisə atəş açan ailə üzvü olub - TƏFƏRRÜAT