Kamran Həsənlidən ETİRAZ: "O məni nə vaxt efirə çıxarıb?"

Kamran Həsənlidən ETİRAZ: "O məni nə vaxt efirə çıxarıb?"

Kamran Həsənlidən ETİRAZ: "O məni nə vaxt efirə çıxarıb?"

Bir neçə gün öncə “Onun Sirri” proqramında şoumen Kamran Həsənlini Əməkdar artist Almaz Ələsgərlinin məşhur etdiyi ilə bağlı iddialar səsləndirildi. 

Teleaparıcı Lətafət Ələkbərovanın efirdə Kamran Həsənlini məşhur etməsi ilə bağlı Almaz Ələsgərliyə sual verməsi birmənalı qarşılanmayıb.

Mövzu ilə bağlı Polemika.az-a danışan şoumen bunun doğru olmadığını deyib:

“Sual veriləndə Almaz Ələsgərli özü də çaşıb qalıb. O məni nə vaxt efirə gətirib? Hansı məkanda? Almazın hansı tanışları? Bunlar nə danışırlar? Aparıcı xanım bunu niyə danışır, ümumiyyətlə, nədən danışır? Söz tapa bilmirlər, bilmirlər efirdə nə danışsınlar. Amma eybi yox, qoy danışsınlar. Nə qədər danışsalar, o qədər yaxşıdır, sağ olsunlar”.

Sözügedən görüntüləri təqdim edirik:

Əsmətxanım

Kamran Həsənlidən ETİRAZ: "O məni nə vaxt efirə çıxarıb?"