İtlərin kütləvi şəkildə öldürülməsi ilə bağlı - Rəsmi açıqlama + Video

İtlərin kütləvi şəkildə öldürülməsi ilə bağlı - Rəsmi açıqlama

İtlərin kütləvi şəkildə öldürülməsi ilə bağlı - Rəsmi açıqlama + Video

Gəncə Şəhər İcra Hakimiyyəti şəhərdə sahibsiz itlərin kütləvi şəkildə güllələnməsi ilə bağlı məsələyə reaksiya verib.

İH-dən Polemika.az-a daxil olan məlumatda bildirilir ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən bülə bir göstəriş verilməyib.

Əlavə olunub ki, məsələnin araşdırılması üçün aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət edilib: “Çəkiliş aparılan sözügedən məişət tullantıları poliqonunun Gəncə şəhərinin ərazisinə aid olub-olmaması da araşdırılır.

Həmçinin, qeyd edək ki, Gəncə şəhərinin məişət tullantıları poliqonu şəhər kənarında yerləşir və ətraf ərazilərdən də ora tullantılar gətirilir”.

Açıqlamada qeyd olunub ki, sahibsiz küçə heyvanlarının yerləşdirilməsi üçün hazırda Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə İctimai İştirakçılıq Məclisinin birgə layihəsi əsasında sığınacaq hazırlanır. Sığınacağın yaxın günlərdə fəaliyyətə başlayacağı vurğulanıb.

İtlərin kütləvi şəkildə öldürülməsi ilə bağlı - Rəsmi açıqlama + Video