İsrail prezidenti Türkiyəyə səfər edə bilər

İsrail prezidenti Türkiyəyə səfər edə bilər

İsrail prezidenti Türkiyəyə səfər edə bilər

İsrail prezidenti İshaq Hersoq yaxın vaxtlarda Türkiyəyə səfər edə bilər.

Polemika.az “Al-Monitor”a istinadla xəbər verir ki, İsrail tərəfi hələlik bu məlumatı şərh etməkdən imtina edir, lakin adının açıqlanmasını istəməyən bir İsrail diplomatik mənbəsi prezident ofisinin səfərin mümkünlüyünü araşdırmaq üçün Ərdoğan administrasiyası ilə əlaqə saxladığını təsdiqləyib.

Tərəflərdən heç biri konkret tarix bildirməyib.

Bu baş verərsə, İ. Hersoq 2007-ci ildə Şimon Peresdən sonra Türkiyəyə səfər edən ilk İsrail prezidenti olacaq. Peres həmin vaxt Türkiyənin o vaxtkı prezidenti Abdullah Gülün dəvəti ilə Ankaraya gəlib və Fələstin prezidenti Mahmud Abbasla üçtərəfli görüşdə iştirak edib, həmçinin Türkiyənin o vaxtkı baş naziri Ərdoğanla görüşüb.

İsrail prezidenti Türkiyəyə səfər edə bilər