İsrail Baş nazirinin Rusiyaya gizli səfəri: "Putinlə danışmağın mənası yoxdur"

İsrail Baş nazirinin Rusiyaya gizli səfəri:

İsrail Baş nazirinin Rusiyaya gizli səfəri: "Putinlə danışmağın mənası yoxdur"

"İsrail Baş nazirinin Rusiyaya qəfil səfəri ABŞ-da qıcıq yaradıb".

Polemika.az "Walla News"a istinadla xəbər verir ki, siyasi şərhçi Barak Ravid Putin və Zelenski arasında vasitəçilik etmək cəhdini qumar oyununa bənzədib.

"Bir tərəfdən o, bir gecədə beynəlxalq statusunu yüksəltdi və İsrail üçün siyasi xal qazandı. Digər tərəfdən, bu prosesdə böyük risk var - həm siyasətçi kimi onun üçün, həm də İsrail dövləti və onun dünyadakı statusu üçün. Baş nazir özü də bilmədən sona qədər Ukrayna palçığına girib", - deyə Barak Ravid qeyd edib.

Onun sözlərinə görə, Baş nazir Ağ Evə Putinlə görüşmək niyyətini açıqlayıb.

"O, prezident Baydenlə deyil, milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ilə danışıb. Bennett icazə istəməyib, lakin Sallivana da buna etiraz etməyib. Müşavir sadəcə bu səfərə böyük şübhə ilə yanaşıb. Baş nazirin ofisi isə Ağ Evin Naftali Bennettə yol xeyir-duasını verdiyini iddia edir.

Vaşinqton hesab edir ki, artıq Putinlə danışmağın mənası yoxdur, çünki heç kim Ukrayna ilə bağlı onun fikrini dəyişə və Kiyevdəki rejimin dəyişdirilməsinə yönəlmiş işğalını dayandıra bilməyəcək. Amerikalıların nəzərində Bennettin bu addımı ən yaxşı halda sadəlövh, ən pis halda isə zərərli kimi qəbul edilib", - deyə Barak Ravid əlavə edib.

İsrail Baş nazirinin Rusiyaya gizli səfəri: "Putinlə danışmağın mənası yoxdur"