"İşğalçılar informasiya-psixoloji əməliyyat keçirməyə hazırlaşır" - Nazir

"İşğalçılar informasiya-psixoloji əməliyyat keçirməyə hazırlaşır" - Nazir

"İşğalçılar informasiya-psixoloji əməliyyat keçirməyə hazırlaşır" - Nazir

"Əziz Ukrayna vətəndaşları, əldə etdiyimiz kəşfiyyat məlumatlarına görə, rus işğalçıları yaxın vaxtlarda genişmiqyaslı informasiya-psixoloji əməliyyat keçirməyə hazırlaşır. Onların məqsədi yalanların köməyi ilə Ukrayna xalqının və Ukrayna ordusunun müqavimətini qırmaqdır".

Polemika.az "Unian"a istinadla xəbər verir ki, bu sözləri Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.

O vurğulayıb: "İşğalçılar Ukraynanın hərbi-siyasi rəhbərliyinin təslim olmağa razılaşdığına dair xeyli saxta xəbərlər yayacaqlar. Bu saxtakarlığı “təsdiqləmək” üçün guya imzalı “sənədlər”, eləcə də montaj edilmiş saxta videolar yayılacaq. Buna qətiyyən İnanmayın. Təslim olmayacağıq!

Unutmayın ki, Kiyevi 2-3 günə alacağını gözləyənlərin çoxu artıq cəhənnəmdədir".

"İşğalçılar informasiya-psixoloji əməliyyat keçirməyə hazırlaşır" - Nazir