İrəvandakı iclasda Azərbaycan nümayəndə heyəti iştirak edəcək? - Deputatdan AÇIQLAMA

İrəvandakı iclasda Azərbaycan nümayəndə heyəti iştirak edəcək? - Deputatdan

İrəvandakı iclasda Azərbaycan nümayəndə heyəti iştirak edəcək? - Deputatdan AÇIQLAMA

Fevralın 19-22-də İrəvanda Avronest Parlament Assambleyası Bürosunun iclasları keçiriləcək.

Polemika.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Ermənistan KİV-ləri bildirir ki, Avronestin insan haqları və demokratiya, siyasət, enerji təhlükəsizliyi, iqtisadi inteqrasiya, məşğulluq, təhsil, mədəniyyət, vətəndaş cəmiyyəti və s. daimi komitələrinin üzvləri İrəvana gedəcək. Hraparak qəzeti iddia edib ki, Azərbaycan İrəvanda keçiriləcək iclasda iştirakı ilə bağlı ilkin razılığını verib.

Azərbaycan Milli Məclisinin deputatı, qurumun Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib ki, belə bir iclasın olacağına dair xəbərləri mediada oxuyub.

Mollazadə qeyd edib ki, Azərbaycan tərəfinin bu iclasda iştirak edib-etməyəcəyi haqda onda məlumat yoxdur: “Hansı qərar verilib, bizim nümayəndələrin orada iştirak edib-etməyəcəyinə dair informasiyam yoxdur”.

Deputat şəxsi qənaətini bölüşərkən deyib ki, şəxsən onun özü İrəvanda keçirilən bu iclasda iştirakda problem görmür: “Bu, beynəlxalq təşkilatın tədbiridir. Böyük ehtimalla nümayəndə heyəti ilə bağlı qərar verəcəklər”.

Asim Mollazadə əlavə edib ki, əgər nümayəndələrimiz ora gedərlərsə, Azərbaycan heyətinə İrəvanda hər hansı bir problemin yaradılması mümkün deyil:

“Bu, beynəlxalq təşkilatın tədbiridir, Avropa Parlamenti ilə birgə keçirilir. Düşünmürəm ki, bununla bağlı hansısa təxribata əl atsınlar”.

Deputat qeyd edib ki, Ermənistan üçün sülh istiqamətində irəliləməsi baxımdan şans yaranıb:

“Qənaətimcə, Ermənistan bu şansdan istifadə etməlidir. Yəni mataxların varislərinin müharibə oyunlarına son qoyulmalıdır. Araşdırmalar onu göstərir ki, Ermənistan əhalisinin böyük qismi sülh istəyir, müharibə istəmir. Eləcə də ağır iqtisadi böhrandan çıxış yolu axtarır. Müharibəni istəyənlər ancaq faşist düşüncəsində olan və xaricdə yaşayan diaspordur. Onlar türk düşmənidir, müharibə arzulayır və açıq elan edirlər ki, biz Ermənistanda və Qarabağda yaşayan erməniləri qurban kimi görürük”./Teleqraf

İrəvandakı iclasda Azərbaycan nümayəndə heyəti iştirak edəcək? - Deputatdan AÇIQLAMA