İranlı general hədələdi: "Düşməni ABŞ-ın daxilində məhv edəcəyik"

İranlı general hədələdi: "Düşməni ABŞ-ın daxilində məhv edəcəyik"

İranlı general hədələdi: "Düşməni ABŞ-ın daxilində məhv edəcəyik"

"Lazım gələrsə, amerikalıların evlərinin içindən (ölkə daxilindən) ciddi intiqam almaq üçün zəmin hazırlayacağıq".

Polemika.az ISNA-ya istinadla xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) “Qüds” qüvvələrinin komandanı general İsmayıl Qaani bildirib.

O, İran rəsmilərinin son günlər səsləndirdiyi Tramp, Pompeo və digər şəxslərin mühakimə olunması tələbi, əks halda intiqam alınacağı barədə xəbərdarlığını təkrarlayıb.

“Biz öz taktikamızla general Süleymaninin qatillərindən qisas alacağıq və bizim üslubumuz düşmənin üsullarından fərqlidir. Biz hər yerdə məsuliyyət daşımağa ehtiyac duymuruq. Lazım gələrsə, amerikalılardan öz evlərinin içindən və onların yanında olan insanlar vasitəsilə, biz olmadan qisas alırıq. ABŞ-da Süleymaninin qatilləri ilə üzbəsurət duran müdrik insanlar varsa, qisas almaq daha asan başa gələcək və qisas möhləti artıq başlayıb".

İranlı general hədələdi: "Düşməni ABŞ-ın daxilində məhv edəcəyik"