"İrandan Ermənistana ixrac 60 faiz artıb" - Palata rəhbəri

"İrandan Ermənistana ixrac 60 faiz artıb" - Palata rəhbəri

"İrandan Ermənistana ixrac 60 faiz artıb" - Palata rəhbəri

“İlin 7 ayı ərzində (2021-ci ilin martından etibarən - red.) İrandan Ermənistana ixracının həcmi 200 milyon dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 60% çoxdur".

Polemika.az İLNA-ya istinadla xəbər verir ki, bunu İran-Ermənistan Müştərək Tiİcarət Palatasının rəhbəri Ervik Yarıcanyan bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfi İranın sənaye məhəllələri ilə əməkdaşlıq edərək, təxminən 50 hektar sahəyə malik müştərək sənaye şəhərciyi yaratmaq niyyətindədir. 

Yarıcanyan əlavə edib: “Bu plan Ermənistan hökumətində nəzərdən keçirilib və hazırda hüquqi təsdiqlənmə prosesindən keçir”. 

İki ölkə arasında ticarət dövriyyəsinin həcminə toxunan Palata rəhbəri qeyd edib: “Hazırda Ermənistan ölkəmizin 15-ci ixrac istiqamətidir. İlin ilk 7 ayında Ermənistana İran mallarının ixracı təqribən 200 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 60% çoxdur. Əsas ixrac malları sement, meyvə, boru və profillər, karbamid, müxtəlif polimer materiallar, keramik plitələr, bitum və s.-dir. 

Bu ilin ilk 7 ayında Ermənistandan idxal 15 milyon dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 50% çoxdur".

Ervik Yarıjanyan avtomobil ixracı ilə bağlı problemin olduğunu dilə gətirib: “Hazırda Ermənistana heç bir avtomobil ixracımız yoxdur; Əvvəllər bu ölkəyə "Samand" və "Pride" ixrac edirdik, bu alışların çoxu dövlətə məxsus idi. 2020-21-ci illərdə İrandan Ermənistana heç bir avtomobil ixrac edilməyib. Bir erməni şirkəti “Nissan” markalı avtofurqon almaq üçün danışıqlar aparırdı, lakin qəfil qiymət artımına görə sövdə ləğv olunub. Çünki Çin avtomobillərinin qiyməti indi İran avtomobilllərinin qiyətindən xeyli aşağıdır".

O, həmçinin bildirib ki, iki ölkənin tranziti tam rahat şəkildə həyata keçirilir və yollarda heç bir problem yoxdur:

"Ermənistanın yollarının təmirə ehtiyacı var, bu işlər görülür. Alternativ yol da hazırlanır, marşrutun 8 saatdan 4 saata endirilməsi üçün Cənub-Şimal dəhlizinin asfaltlanmasına təxminən 1 milyard dollar sərmayə qoyulacaq".

"İrandan Ermənistana ixrac 60 faiz artıb" - Palata rəhbəri