İranda zəncirvari yol qəzası: 10 ölü, 5 yaralı

İranda zəncirvari yol qəzası:

İranda zəncirvari yol qəzası: 10 ölü, 5 yaralı

İranın cənub-qərbindəki Xuzistan əyalətində 5 avtomobilin iştirakı ilə ağır yol qəzası olub. 

Polemika.az xəbər verir ki, hadisə səhər saatlarında Xuzistan əyalətinin inzibati mərkəzi olan Əhvaz və Hürrəmşəhir arasındakı yolda baş verib.

Avtobus, yük və minik avtomobilləri də daxil olmaqla 5 nəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəzada 10 nəfər həlak olub, 5 nəfər isə yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb. Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

 

İranda zəncirvari yol qəzası: 10 ölü, 5 yaralı