İranda bu şəxslər əsgəri xidmətdən azad olundu

İranda bu şəxslər əsgəri xidmətdən azad olundu

İranda bu şəxslər əsgəri xidmətdən azad olundu

İranda ən azı 2 uşağı olan evli kişilər əsgəri xidmətə çağırılmayacaq.

Polemika.az xəbər verir ki, bu barədə parlamentin üzvü Möhsün Dehnəvi öz "Twitter" səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, Məclis komissiyalarının birgə iclasında belə bir rəy formalaşıb.

30 yaşında, evli və ən azı 2 uşaq sahibi olan şəxslər həqiqi hərbi xidmətdən azadolma kartı alacaq.

Eyni zamanda, əsgəri xidmətdən möhlət alma hüququnun xərcləri müəyyənləşib: bakalavrdan aşağı dərəcə üçün - 250 milyon tümən, bakalavrlar və aspirantlar - 400 milyon tümən, doktorluq dərəcəsi - 600 milyon tümən.

Xatırladaq ki, İranda həqiqi hərbi xidmət müddəti 2 ildir.

İranda bu şəxslər əsgəri xidmətdən azad olundu