İran şirkətləri Ermənistanda istehsalat müəssisələri yaradır

İran şirkətləri Ermənistanda istehsalat müəssisələri yaradır

İran şirkətləri Ermənistanda istehsalat müəssisələri yaradır

İran şirkətləri Ermənistanda istehsala başlayacaq.

Polemika.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, şirkətlər kimya məhsulları və yazı alətləri istehsal edəcək.

Bu barədə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan məlumat verib.

İşçi yerli sakinlərdən təşkil olunacaq. Çünki şirkətlərin müraciətlərində Avrasiya İttifaqına daxil olmayan ölkələrin vətəndaşları üçün lazım olan iş icazələri tələb olunmayıb.

Nazir qeyd edib ki, iranlı iş adamlarının müraciəti artıq Ermənistan hökumətinin idarələrarası komissiyasında nəzərdən keçirilir. Çox güman ki, müraciət gələn cümə axşamı hökumətin iclasında təsdiqlənəcək.

İran şirkətləri Ermənistanda istehsalat müəssisələri yaradır