“İnsanlar onların sifətindən iyrənir” - Tanınmış yazıçı telekanalları yıxdı-sürüdü

“İnsanlar onların sifətindən iyrənir” - Tanınmış yazıçı telekanalları yıxdı-sürüdü

“İnsanlar onların sifətindən iyrənir” - Tanınmış yazıçı telekanalları yıxdı-sürüdü

Son vaxtlar məişət mövzularından bəhs edən, ələlxüsus da qadınlara aid olan verilişlərdə kişilər tez-tez görünür. Kişilərin məişət mövzularına aludə olması tamaşaçılar tərəfindən birmənalı qarşılanmır. Sosial şəbəkələrdə bununla bağlı giley-güzara tez-tez rast gəlmək mümkündür. 

Buna səbəb nədir? Qadınlar üçün nəzərdə tutulan verilişlərə kişilər niyə dəvət olunur?

Yazıçı-publisist Xeyrəddin Qoca Polemika.az-a açıqlamasında deyib ki, qadına aid olan verilişlərə kişilərin çağırılması doğru deyil:

“Qadına aid verilişlərə kişilərin çağırılması normal deyil. Televiziya rəhbərləri başını itirib. Ümumiyyətlə, onlar verilişə çağırmağa qonaq tapmırlar. Çünki heç kim televiziyalara getmək istəmir. Mən də getmirəm. Yüksək səviyyəli verilişlər olsa, gedərəm. İllərlə zəng edib, dəvət edirlər. Lakin istəmirəm”.

X.Qocanın sözlərinə görə, televiziyalarda artıq iyrənc bir vəziyyət yaranıb:

“Səbəb odur ki, televiziyalar artıq iyrənc bir görkəm alıb. Çünki oradakıların çoxu səviyyəsiz, savadsız, dünyagörüşü olmayanlardır. Bu kimi anormal vəziyyət televiziyalarda çoxdan yaranıb. Başa düşə bilmirəm ki, qadına aid verilişlərə kişinin çağırılması nə deməkdir? Kişilər qadınlara məsləhət verirlərmi?

Ümumiyyətlə, Azərbaycan televiziyaları bağlanmalıdır. Bəzi verilişlər var ki, yaxşıdır. Mənə elə gəlir ki, bu, televiziyalarda işləyən adamlardan asılı deyil. Bu, ümummilli savadsızlıqla bağlıdır. Onlar nə etdiklərini bilmirlər. Onlar üçün vacib olan efiri doldurmaqdır. Televiziya üçün ölən, özünü diqqətdə saxlamaq istəyənlər var. Onları xüsusi olaraq tapıb çağırırlar. İnsanlar onların sifətindən iyrənirlər”.

Xeyrəddin Qoca qeyd edib ki, ərizə yaza bilməyən xalqın televiziyası elə bu cür olmalıdır:

“Danışmağa ağılları, savadları yoxdur. Səhvlərə yol verirlər. Ümumiyyətlə onlar Azərbaycan dilini bilmirlər. Elələri var ki, ərizə yazmağı belə bacarmır. Bu xalq ərizə yaza bilməyən xalqdır. Ərizə yaza bilməyən xalqın televiziyası da aşağı səviyyəli olmalıdır. Onlar danışıqları ilə insanları təhqir edirlər. Bunları haradan tutub gətirirlər? Küçədənmi, bacadanmı? Ona görə də verilişlərin nəticəsi belə olur”.

Nəzrin Vahid 

“İnsanlar onların sifətindən iyrənir” - Tanınmış yazıçı telekanalları yıxdı-sürüdü