İlham Əliyevlə Putin arasında telefon danışığı oldu

İlham Əliyevlə Putin arasında telefon danışığı oldu

İlham Əliyevlə Putin arasında telefon danışığı oldu

Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb.

Polemika.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı Azərbaycan dövlət başçısının Ukraynaya son səfəri nəzərə alınaraq, bu ölkə ətrafında yaranmış vəziyyət müzakirə olunub.

Həmçinin, Vladimir Putin ABŞ və müttəfiqləri ilə Rusiyaya təhlükəsizlik təminatlarının verilməsi üzrə təmaslarından danışıb.

Qazaxıstanda baş verən son hadisələrlə bağlı fikir mübadiləsi zamanı vəziyyətin, xüsusən də KTMT-nin sülhməramlı qüvvələrinin iştirakı sayəsində tez bir zamanda sabitləşməsindən məmnunluq ifadə olunub.

Bununla yanaşı, dövlət başçıları Rusiya-Azərbaycan strateji tərəfdaşlığını daha da gücləndirmək niyyətini təsdiqləyiblər./Oxu.az

İlham Əliyevlə Putin arasında telefon danışığı oldu