İki Azərbaycan hərbiçisinin əsir götürülməsi xəbəri nə təsdiq, nə də təkzib edilmir

İki Azərbaycan hərbiçisinin əsir götürülməsi xəbəri nə təsdiq, nə də təkzib edilmir

İki Azərbaycan hərbiçisinin əsir götürülməsi xəbəri nə təsdiq, nə də təkzib edilmir

Dekabrın 19-da günün ikinci yarısında ermənilərin bir sıra teleqram kanalı iki Azərbaycan hərbiçisinin əsir götürüldüyü haqqında məlumat yayıb. Ermənistan tərəfin iddiasına görə, bu, Kəlbəcər-Cermuk sərhədində baş verib.

Elə həmin mənbələr saxlanılan şəxslərin fotoşəkillərini dərc ediblər, onlardan birinin kapitan olduğunu iddia edirlər. Onların adları açıqlanmır.

Ötən gün ərzində Ermənistan Müdafiə Nazirliyi rəsmi məlumat yaymayıb. Azərbaycan Müdafiə Nazirliyi də ermənilərin məlumatlarını şərh etməyib.

Maraqlıdır ki, dekabrın 19-da səhər Azərbyacan tərəfi noyabrın 16-da saxlanılmış 10 əsiri ermənilərə təhvil verib.

Bu arada, Ermənistan tərəfi Azərbaycanlı hərbiçilərin saxlanılması anını əks etdirən video yayıb. Çəkilişin düzgünlüyünü yoxlamaq mümkün görünmür.

Turan-ın Müdafiə Nazirliyinin mətbuat xidmətindən şərh almaq cəhdi nəticə verməyib, hərbi idarə iki hərbiçinin əsir düşməsi barədə məlumatı nə təsdiq, nə də təkzib edir. 

Turan

İki Azərbaycan hərbiçisinin əsir götürülməsi xəbəri nə təsdiq, nə də təkzib edilmir