İbrahim Tatlısəs təhdidlər yağdırdı: "Qanınızı içsəm, yenə ürəyim soyumaz"

İbrahim Tatlısəs təhdidlər yağdırdı: "Qanınızı içsəm, yenə ürəyim soyumaz"

İbrahim Tatlısəs təhdidlər yağdırdı: "Qanınızı içsəm, yenə ürəyim soyumaz"

İbrahim Tatlısəsin keçmiş işçiləri - menecer Fulya Akbay və Özlem P.-nin həyat yoldaşının və dayəsinin guya şirkətdə işlədiyini göstərərək şirkət hesabından onlara kirayə avtomobil ayırtdırdığı ortaya çıxıb.

Polemika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “İmperator” ləqəbli Tatlısəs audit şirkətinin hazırladığı hesabatdan sonra işçilərinin onu aldatdığını öyrənib.

Hesabat incələnərkən Akbayın başqalarına pul verirmiş kimi göstərərək kəsdiyi qəbzlərlə hesabına 20 min dollar köçürdüyü məlum olub. Bundan başqa, o, şirkət vasitəsilə özünə ayırdığı kirayə avtomobil üçün 57 min lirə xərcləyib. 

 İbo keçmiş işçilərinə səslənərək onları təhdid edib:

“Namussuzlar, indi sizin qanınızı ayran kimi içsəm, yenə ürəyim soyumaz".

Hazırlanan hesabatdan sonra hərəkətə keçən Tatlısəs işçilərindən şikayətçi olub. Şikayətdə Özlem P. və Fulya Akbayın rəsmi sənəd saxtakarlığı cinayətini törətdikləri, vəzifələrindən sui-istifadə etdikləri və bununla da şirkəti aldatdıqları qeyd edilib. Hazırda onların məhkəmə prosesi davam edir. 

İbrahim Tatlısəs təhdidlər yağdırdı: "Qanınızı içsəm, yenə ürəyim soyumaz"