Həmkarlarını “türk agentləri” adlandıran deputat Stambulyanın Türkiyədə şirkəti var imiş

Həmkarlarını “türk agentləri” adlandıran deputat Stambulyanın Türkiyədə şirkəti var imiş

Həmkarlarını “türk agentləri” adlandıran deputat Stambulyanın Türkiyədə şirkəti var imiş

Ermənistan parlamentində bəzi deputatları “türk agentləri” adlandıraraq qalmaqala səbəb olan müxalifətçi deputat Ripsime Stambulyanın özü barəsində şok iddia yayılıb.

Polemika.az erməni KİV-ə istinadən xəbər verir ki, Stambulyan parlamentdə Ermənistanla Türkiyə arasında uçuşların bərpası ilə bağlı deputat həmkarlarını "türk agentləri" adlandırıb.

Daha sonra isə müxalifətçi deputatın özünün Türkiyədə böyük şirkəti olduğu üzə çıxıb.

Bu iddia ilə iqtidaryönlü deputat Vaqarşak Akopyan çıxış edib. O bildirib ki, Stambulyan Türkiyədə ermənilərin istirahətini təşkil etməklə pul qazanan “Anriva Tour” turizm şirkətinin sahibidir.

“Adamlar öz biznes maraqlarını təşviq etmək üçün mandat alıblar, parlamentə ölkəni xilas etmək üçün gəlməyiblər. Bir tərəfdən bu gülməli olsa da, digər tərəfdən ağlamalıdır”, - deyə KİV yazıb.

Həmkarlarını “türk agentləri” adlandıran deputat Stambulyanın Türkiyədə şirkəti var imiş