Hökumətdən təbii qazla bağlı vacib qərar: Yanvarın 1-dən…

Hökumətdən təbii qazla bağlı vacib qərar: Yanvarın 1-dən…

Hökumətdən təbii qazla bağlı vacib qərar: Yanvarın 1-dən…

Nazirlər Kabineti “Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında” qərarında dəyişiklik edib.

“Polemika.az” xəbər verir ki, qərar daxili bazarda təbii qazın alqı-satqı əməliyyatlarını optimallaşdırmaq və bununla bağlı səmərəli idarəetməni təmin etmək məqsədi daşıyır. Müəyyən edilib ki, bu fəaliyyət üzrə “Azərkontrakt” ASC-nin illik dövriyyəsinin 0,5 faizinədək məbləğdə vəsait onun idarəetmə xərclərinə, o cümlədən maddi-texniki bazasının təkmilləşdirilməsinə, işçilərin əməyinin ödənilməsinə və digər formada maddi həvəsləndirilməsi məqsədlərinə, habelə ölkədə qaz təchizatı ilə əlaqəli proqnoz xarakterli tədqiqatların aparılmasına və müvafiq təkliflərin hazırlanmasına yönəldilir. Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək. 

 

Hökumətdən təbii qazla bağlı vacib qərar: Yanvarın 1-dən…