Hökumət qəzeti: "Əhmədinejad milli təhlükəsizliyə ziyan vurur"

Hökumət qəzeti: "Əhmədinejad milli təhlükəsizliyə ziyan vurur"

Hökumət qəzeti: "Əhmədinejad milli təhlükəsizliyə ziyan vurur"

"Əhmədinejadın sözləri rəsmi olaraq milli təhlükəsizliyə qarşı bir hərəkətdir".

Polemika.az xəbər verir ki, bu barədə hökümətyönlü "İran" qəzeti yazıb.

İslam Respublikasının rəsmi nəşri eks-prezidentin bu yaxınlarda söylədiyi fikirlərə dair qeydində yazıb: “Cənab Əhmədinejad iddia edib ki, dəqiq mənbə vasitəsilə bilir, Rusiya və ABŞ-ın İran və Ukraynaya dair sövdələşib. Yəni ABŞ Rusiyanın Ukraynaya hücumuna yaşıl işıq yandırmalı, digər tərəfdən, Rusiya ABŞ-ın İrana təcavüzünə mane olmamalıdır.

Mahmud Əhmədinejadın iddiası rəsmi olaraq milli təhlükəsizliyə qarşı bir hərəkət olsa da, daha önəmlisi, dezinformasiyanın mənbəyi aydınlaşdırılmalıdır. Çünki açıq-aydın bu iddialar, bir tərəfdən, sanksiyalar müharibəsində və xarici siyasət balansının kritik anında ölkənin iqtisadi imkanlarını tükəndirmə cəhdidir. Digər tərəfdən isə ictimai rəyi müharibə qorxusuna sürükləyir və bu iddialar məşhur bir ifadəni xatırladır. "Qələbə - qorxutma yolu ilə əldə edilir".

Başqa bir sual budur ki, cənab Əhmədinejad kimin maraqlarına xidmət edir və İran millətini qorxutmaqla bu qələbəni kimə verir? Cənab Əhmədinejad dəqiq məlumatı haradan əldə edir?"

Hökumət qəzeti: "Əhmədinejad milli təhlükəsizliyə ziyan vurur"