"Hökümət qiymət artımının qarşısını almaqda maraqlı deyil" - Ekspert

"Hökümət qiymət artımının qarşısını almaqda maraqlı deyil"

"Hökümət qiymət artımının qarşısını almaqda maraqlı deyil" - Ekspert

İqtisadçı-ekspert Akif Nəsirli Polemika.az-a müsahibəsi:

- Son günlər Azərbaycanda müxtəlif sahələrdə bahalaşma müşahidə olunur. Qiymət artımı ərzaq bazarında özünü daha qabarıq şəkildə göstərir. Bu proes adətən bayram ərəfəsindsə müşahidə edilsə də, bu dəfə fərqli vəziyyət yaranıb. Ərzaq məhsullarının birdə-birə bahalaşmasına səbəb nədir?

- Hazırda ölkənin ərzaq ehtiyacı əsasən idxal hesabına ödənilir. Dünyada da ərzağın qiyməti bahalaşıb. Ölkədə açar qiymətlər deyilən bir şey var, o qiymətlərin hamısı bahalaşıb. Bunlar əsasən enerji daşıyıcılarıdır. Bunu da hökümət bahalaşdırıb. Bundan əlavə suda və digər kommunal xidmətlərdə də qiymət artımı müşahidə olunur. Bahalaşma faktorları həm obyektiv, həm də subyektiv səbəblərdən fəallaşır. Bu fəallaşmanın qarşısını yalnız bazar iqtisadiyyatı şəraitində güclü rəqabət ala bilir.

Xaricdən məhsul gətirən sahibkarların hamısı müəyyən manapoliyaya aiddir. Həmin manapolistin qarşısında rəqibi yoxdu ki, qiymət artıranda düşünsün. İdxalçının beyni rəqibə qalib gəlmək üçün işləmir. Mənfəət üçün işləyir. Bu da bir bəhanədir. Qonşu ölkələrdə və ya dünyada qiymətlərin artımını heç kim bilmir. Çünki maraqlı deyil. Lakin bizdə maraqlı olduğuna görə, informasiya axını yaradırlar ki, dünyada qiymətlər bahalaşıb. Bu bahalaşmaya görə, ölkədə də bahalaşma olmalıdır. İnformasiya axını vətəndaşın sahibkara qarşı fikrini formalaşdırır. Vətəndaş düşünür ki, dünyada da artıb, day sahibkar neyləsin.

- İstehlak bazarında hökm sürən özbaşınalığı, xaosu necə aradan qaldırmaq olar? 

- Bazarı idarə etmək lazımdır. Bazar iqtisadiyyatında, bazarda özbaşınalıq deylən bir şey yoxdur. Burada bazarı idarə etmək üçün alətlər olur. O alətlərlə bazar idarə edilməlidir.

Hökümət qiymət artımının qarşısını almaqda maraqlı deyil. Çünki bizdə dövlətin manapoliyasıdır. Qiymət artır, bir tərəfdən dövlət sahibkarı qazanır, digər tərəfdən qiymət şişir, ƏDV, dəyər vergisi qalxır. Nəticədə büdcəyə daha çox vəsait cəlb olunur. Yəni hökümət burada həm əyri yolla qazanır, həm doğru yolla.

Ölkəni idarə edən qurumlar seçkili orqan olmdığına görə, onların əhalini düşünmə qayğısı yoxdur. Ona görə belə vəziyyət yaranır. Bazar iqtisadiyyatında süni qiymət artımı yoxdur.

 - Müvafiq dövlət qurumları istehlak bazarında monitorinqlər keçirməklə sahibkarların sui-istifadə halların yol verməsinin qarşısını ala bilərlərmi?

- Sui-istifadə halları var. Bəhanə edirlər ki, xaricdə qiymət artıb. Orada 2 dəfə artıb. Burada 10 manat qalxır. Minlərlə bazar var. Qurumların çoxlu əməkdaşı olmalıdır ki, onlar gəzsinlər. Onlar monitorinq edib, vəziyyəti müəyyənləşdirə bilərlər. Qarşısını almaq mümkün deyil. Qarşısını almağın yeganə rolu bazar iqtisadiyyatının əlil strukturlarını işə salmaqdır. İnhisarçılıq aradan qalxmalı, rəqabət mühiti formalaşmalıdır. Ondan sonra digər problemlər öz həllini tapacaq. Keyfiyyəti yüksədən, qiyməti normalaşdıran yeganə vasitə bazar iqtisadiyyatında rəqabətdir. Bunlar nə qədər səmərlidirsə, vətəndaş özünü bazarda o qədər rahat hiss eədəck. Onda alıcı şahdır prinsipi ortaya gələcək. İndi şah alıcı deyil, satıcıdır.

Nəzrin Vahid

"Hökümət qiymət artımının qarşısını almaqda maraqlı deyil" - Ekspert