“Hindistan bülbülü” koronavirusdan öldü

“Hindistan bülbülü” koronavirusdan öldü

“Hindistan bülbülü” koronavirusdan öldü

Hindistan kinematoqrafiyasının kadrarxası məşhur müğənnisi, bəstəkar və aktrisa Lata Manqeşkar 92 yaşında dünyasını dəyişib.

Polemika.az NDTV-yə istinadən xəbər verir ki, Mumbay xəstəxanasında müalicə alan sənətçi koronavirusdan vəfat edib. 

Qeyd edək ki, Manqeşkar Hindistanın əfsanəsi və Bollivudun Qızıl dövrü adlanan - 1950-1970-ci illərin simvollarından biri hesab edilir. Ölkəsində o, “Hindistan bülbülü” və “Melodiya kraliçası” adlandırılır. Müğənni filmlərdə 30-dan çox hind dilində, o cümlədən hindi, marathi və benqal dillərində mahnılar səsləndirib. O, çoxsaylı kino mükafatlarının sahibidir. Manqeşkar 2001-ci ildə Hindistanın ən yüksək qeyri-hərbi mükafatı olan “Bharat ratna” ilə təltif edilib. 

Lata Manqeşkar “Avara”, “Cənab 420”, “Bobbi”, “Qisas və qanun”, “Qanq, sənin suların bulanıb” kimi məşhur filmlərin mahnılarını səsləndirib.

“Hindistan bülbülü” koronavirusdan öldü