Hicabsız fotolarını paylaşan modelə həbs cəzası - FOTOLAR

Hicabsız fotolarını paylaşan modelə həbs cəzası - FOTOLAR

Hicabsız fotolarını paylaşan modelə həbs cəzası - FOTOLAR

Yəməndə model hicabsız fotolarını paylaşdığı üçün həbs edilib.

Polemika.az xəbər verir ki, 20 yaşlı model Entesar əl-Həmmadi İslam qaydalarını pozduğu üçün azadlıqdan məhrum edilib.

Ötən gün məhkəməsi baş tutan modelə 5 il həbs cəzası kəsilib.

Fevraldan bu yana həbsxanada olan modelin vəkili açıqlamasında həbsdə olduğu müddətdə Entesarın müxtəlif növ zorakılığa məruz qaldığını bildirib:

"Ona narkotikdən istifadə etmək, fahişəlik kimi bir neçə cinayəti etiraf etdiriblər. Hamısı yalandır".

Hicabsız fotolarını paylaşan modelə həbs cəzası - FOTOLAR