“Haqsız Ukraynadakı faşistlərdir” - Araz Əlizadə Rusiyanı müdafiə etdi

“Haqsız Ukraynadakı faşistlərdir” - Araz Əlizadə Rusiyanı müdafiə etdi

“Haqsız Ukraynadakı faşistlərdir” - Araz Əlizadə Rusiyanı müdafiə etdi

“Haqsız Ukraynadakı faşistlərdir”.

Polemika.az xəbər verir ki, bu sözləri sabiq millət vəkili, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarından danışarkən deyib. 

A.Əlizadə söyləyib ki, bu, Rusiya üçün olum, yoxsa ölüm məsələsidir:

“Əlbəttə ki, mən müharibənin əleyhinəyəm. Amma bıçaq sümüyə dirənəndə müharibədən başqa yol qalmır. Rusiyanın başqa çarəsi qalmamışdı. İş ondadır ki, Ukrayna NATO-ya qəbul olunsaydı, ABŞ orada öz raketlərini yerləşdirsəydi, Rusiya tərksilah olacaqdı. Yəni heç cür özünü müdafiə edə bilməyəcəkdi. Ona görə də bu, Rusiyanın olum və ya ölüm məsələsi idi”.

Partiya sədri Ukrayna Prezidenti Volodimir Zelenskinin aktyor olmasının önə çəkilməsi ilə bağlı bunları deyib:

“Reyqan da (ABŞ-ın 40-cı Prezidenti Ronald Reyqan-red.) aktyor idi, amma ABŞ-ın ən güclü prezidentlərindən biri oldu. Zelenski hakimiyyətə gələndə 72% əhali onun yanında durmuşdu. O, çox şeyə nail ola bilərdi, lakin millətçilərin, faşistlərin qarşısında sındı”.

A.Əlizadənin sözlərinə görə, ABŞ Ukraynadan istifadə edib. O bildirib ki, hərbi əməliyyatlara görə Rusiyaya tətbiq edilən sanksiyaların effekti olmayacaq:

“ABŞ-a lazım idi ki, Rusiya belə bir problemlə üzləşsin. Ukrayna da orada çox pis rol oynadı. Yəni Ukraynadan istifadə etdilər. Amma indi də arxasında durmurlar. Sanksiyalar boş şeydir. Rusiya artıq neçə illərdir sanksiyaların altında yaşayır. Sanksiyalar ağıllı dövlət üçün xeyirli şeydir. Xatırladım ki, İslam İnqilabından sonra İrana qarşı sanksiyalar tətbiq olunmuşdu. O zamanlar İran hətta kartofu da İsraildən gətirirdi. İran məcbur oldu öz kənd təsərrüfatını, sənayesini inkişaf etdirdi. Yəni sanksiyaların onun inkişafına böyük xeyri oldu. Rusiya da çörəyi (taxıl-red.) dünya bazarından alırdı. İndi dünyada 2 nömrəli çörək satan bir ölkədir. 

ABŞ sanksiyalardan məharətlə istifadə edir və Avropanı iqtisadi cəhətdən çökdürür”./Ölkə.az

“Haqsız Ukraynadakı faşistlərdir” - Araz Əlizadə Rusiyanı müdafiə etdi