“Hamilə qadınlar və südverən analara vaksinasiya tövsiyə xarakteri daşıyıb” - Teymur Musayev

“Hamilə qadınlar və südverən analara vaksinasiya tövsiyə xarakteri daşıyıb” - Teymur Musayev

“Hamilə qadınlar və südverən analara vaksinasiya tövsiyə xarakteri daşıyıb” - Teymur Musayev

Azərbaycanda hamilə qadınlar və südverən analara vaksinaiya tövsiyə xarakteri daşıyırdı.

Polemika.az xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O bildirib ki, bu şəxslərə pfizer vaksini tətbiq olunub: "Çox az sayda hamilə və ya südverən ana vaksinasiya üçün müraciət edib. Bu, dünya praktikasında da belədir. Bir çox insan tərəddüd edir, qorxur. Xəstəliyin riski hamiləlikdən üstün olduğu halda vaksinasiya aparıldı. Amma bir daha qeyd edirəm, artıq çəkisi olan, yanaşı xəstəliyi olan hamilələrə vaksinasiyadan keçmək tövsiyə olunur".

Teymur Musayev qeyd edib ki, hazırda ölkədə xəstəxanalarda xüsusi ayrılmış şöbələrdə koronavirusa yoluxmuş hamilələrə müalicə almaqdadırlar.

“Hamilə qadınlar və südverən analara vaksinasiya tövsiyə xarakteri daşıyıb” - Teymur Musayev