Hafiz Hacıyev həbsdəki icra başçısından danışdı: "Xidmətləri çoxdur, böyük işlər görüb"

Hafiz Hacıyev  həbsdəki icra başçısından danışdı: "Xidmətləri çoxdur, böyük işlər görüb"

Hafiz Hacıyev həbsdəki icra başçısından danışdı: "Xidmətləri çoxdur, böyük işlər görüb"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahidlər dindirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Qəhrəman Qəhrəmanov bildirib ki, Neftçala rayonunda bələdiyyə sədri işləyib.

O deyib ki, bu vəzifəyə keçmək üçün V.Hacıyevə 10 min manat rüşvət verib

Məsələ ilə bağlı Vilyam Hacıyevin əmisi oğlu, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Polemika.az-a açıqlamasında bildirib ki, bu mövzu ilə maraqlanmır:

“Vallah, sözün düzü, mən onunla maraqlanmıram. Səhhətimlə bağlı başım qarışıqdır. Allah onun qapısını açsın. Məhkəmə nə qərar çıxaracaqsa, biz nə deyə bilərik ki?!

İndi tutublar onu, cəzası olar həbsdə yatacaq, olmayacaqsa, buraxacaqlar. Allah qapısını açsın. Nə etmək olar?! Onun da xidmətləri çoxdur, o da böyük işlər görüb".

"Bizdə adətdir, çıxandan sonra hərənin ünvanına bir söz deyirlər. Belə şeylərdə bir az diqqətcil olmaq lazımdır. Qismət, nə olacaq, məhkəmədə bilinəcək. Ailəsi ilə də elə bir əlaqəm yoxdur”, - deyə Hafiz Hacıyev vurğulayıb.

Rafi MÜSLÜMOV

Hafiz Hacıyev həbsdəki icra başçısından danışdı: "Xidmətləri çoxdur, böyük işlər görüb"