Gürcüstan Moskva görüşündən imtina etdi

Gürcüstan Moskva görüşündən imtina etdi

Gürcüstan Moskva görüşündən imtina etdi

Gürcüstan Xarici İşlər Nazirliyi rəsmi Tbilisinin “3+3” regional məsləhətçi mexanizmində iştirakdan imtina etdiyini təsdiqləyib.

Polemika.az xəbər verir ki, bu barədə nazirliyin bəyanatında deyilir.

Sabah Moskvada Azərbaycan, Ermənistan, Rusiya, İran və Türkiyə xarici işlər naziri müavinləri səviyyəsində Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi platformasının ilk iclası keçiriləcək.

“Gürcüstanın Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı son parlament dinləmələrində çıxış edən xarici işlər naziri də daxil olmaqla, “3+3” regional əməkdaşlıq təşəbbüsü ilə bağlı dəfələrlə dəqiq mövqe bildirib. Biz bu formatda iştirak etməyi düşünmürük və buna görə də Gürcüstan dekabrın 10-na planlaşdırılan görüşdə təmsil olunmayacaq”, - deyə bəyanatda deyilir.

 

Gürcüstan Moskva görüşündən imtina etdi