Gözləri bərəldən qiymət artımı - "Yanvar-fevral aylarında..."

Gözləri bərəldən qiymət artımı

Gözləri bərəldən qiymət artımı - "Yanvar-fevral aylarında..."

Bayram ərəfəsində həmişə qiymət artımı müşahidə olunur. Bu il də istisan deyil. Bahalaşmanı ehtimalını gücləndirən digər bir amil pensiya və maaşların, sosial müavinətlərin artırılmasıdır. Əhalinin gəlirlərini artmağını fürsət bilən işbazlar dərhal süni qiymət artımına əl atırlar. Azərbaycanı yenə bu təhlükə gözləyirmi? Bayram ərəfəsində qiymət artımı müşahidə olunurmu?

Polemika.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib ki, qiymətlərin dəyişməsində fəsil amilinin rolu var:

“Yeni il, Novruz bayramı ərəfəsində tələbatın artması qiymətlərin yüksəlməsinə səbəb olur. Lakin bu keçici amil rolunu oynayır. Ümumiyyətlə, son 1 ildə qiymətlər ciddi şəkildə artır. İnflyasiya ikirəqəmli həddədir. Qlobal iqtisadiyyatda müşahidə olunan və Azərbaycan iqtisadiyyatına da idxal vasitəsilə keçən inflyasiya meyilləri hələ də davam edir.

Artım həm ərzaq, həm də qeyri-ərzaq mallarında müşahidə olunur. Bu təkcə dekabr yox, yanvar və fevral ayında da Azərbycan bazarına təsir göstərəcək. İnflyasiyanı gələn ilin ikinci yarısından sonra yumşalacağı gözlənilir. Yanaşma bundan ibarətdir”.

Ekspertin sözlərinə görə, hazırki qiymət artımını Yeni il bayramı ilə əlaqəli olduğunu birbaşa iddia etmək çətindir:

“Bir çox sahibkar material qiymətlərində, istehsal xərclərindəki artımı məhsulu sata bilmədiyinə, alıcılıq qabiliyyətinin aşağı olduğuna görə yüksək qiymət hesabına kompensasiya etməyə çalışır. Bundan başqa, süni qiymət inhisarçıların sayəsində formalaşır”.

Nəzrin Vahid

 

Gözləri bərəldən qiymət artımı - "Yanvar-fevral aylarında..."