Gerasimov: "Sülhməramlılar dinc həyatı bərpa etməklə məşğuldur"

Gerasimov: "Sülhməramlılar dinc həyatı bərpa etməklə məşğuldur"

Gerasimov: "Sülhməramlılar dinc həyatı bərpa etməklə məşğuldur"

"Qarabağ ərazisində sülhməramlı əməliyyat çərçivəsində Rusiya hərbçiləri hazırda əsirlərin qaytarılması, infrastruktur layihələrinin həyata keçirilməsi və digər humanitar vəzifələrin həllinə yönəliblər".

Polemika.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri bildirib.

Gerasimov qeyd edib:

“Atəşkəs rejiminə və bütün hərbi əməliyyatlara nəzarət etməklə yanaşı, sülhməramlılarımızın səyləri regionda dinc həyatın bərpasına, eyni zamanda humanitar problemlərin uğurla həllinə yönəlib”.

General xarici dövlətlərin hərbi attaşeləri qarşısında keçirdiyi brifinqdə deyib:

“Rusiya silahlı qüvvələri Dağlıq Qarabağda sülhməramlı tapşırıqları yerinə yetirməkdə davam edir. Bir ildən artıqdır ki, qanlı müharibəni dayandırmaq, regionda sülhün bərqərar olmasına şərait yaratmaq mümkün idi. Gərginliyi azaltmaq və atəşkəs rejiminə riayət etmək üçün Rusiya sülhməramlıları müşahidə məntəqələrində növbətçilik təşkil edib və sülhməramlı əməliyyatın keçirildiyi ərazidə patrul xidməti həyata keçiriblər”.

O, həmçinin xatırladıb:

“Atəşkəs rejiminə və bütün hərbi əməliyyatlara nəzarətlə yanaşı, bu ilin yanvarından Azərbaycanın Ağdam rayonunda Rusiya-Türkiyə birgə mərkəzi fəaliyyət göstərir”.

Gerasimov: "Sülhməramlılar dinc həyatı bərpa etməklə məşğuldur"