General təqaüdə göndərildi
General təqaüdə göndərildi
Daxili İşlər Nazirliyinin (DİN) Katibliyinin rəisi polis general-mayoru Səfər Əliyev təqaüdə göndərilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb.
Belə ki, S.Əliyev daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.
S.Əliyev bu vəzifədə 2016-cı ildən çalışırdı.
DİN-in Mətbuat Xidməti məlumatı təsdiqləyib.