"Həmsədrlərin Qarabağa gedə bilməməsi bizi narahat edir" - Rusiya təmsilçisi

"Həmsədrlərin Qarabağa gedə bilməməsi bizi narahat edir" - Rusiya təmsilçisi

"Həmsədrlərin Qarabağa gedə bilməməsi bizi narahat edir" - Rusiya təmsilçisi

"Rusiya ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağa səfər edə bilməməsindən narahatdır".

Polemika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

“Bizi nə narahat edir? Həmsədrlər üçlüyü hələlik regiona səfər edə, vəziyyətlə tanış ola, insanlar arasında əlaqələrin qurulmasında və humanitar problemlərin həllində tərəflərə kömək etmək üçün konkret tədbirlər müəyyən edə bilməyib”, - deyə Lukaşeviç qeyd edib.

Eyni zamanda, rusiyalı diplomat ümid etdiyini bildirib ki, “çox yaxın gələcəkdə həmsədrlərin “üçlüyü” hələ də regiona səfər edə, həmçinin Ermənistan və Azərbaycanın siyasi rəhbərliyi ilə danışa biləcək”.

 

"Həmsədrlərin Qarabağa gedə bilməməsi bizi narahat edir" - Rusiya təmsilçisi