"Finlandiya tezliklə NATO-ya daxil olmağı planlaşdırmır" - Baş nazir

"Finlandiya tezliklə NATO-ya daxil olmağı planlaşdırmır" - Baş nazir

"Finlandiya tezliklə NATO-ya daxil olmağı planlaşdırmır" - Baş nazir

Finlandiya tezliklə NATO-ya daxil olmağı planlaşdırmır, lakin Ukraynaya hücum hal;nda Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməklə avropalı müttəfiqlərini və ABŞ-ı dəstəkləməyə hazırdır.

Polemika.az "Reuters"ə istinadla xəbər verir ki, bunu Finlandiyanın Baş naziri Sanna Marin deyib.

O bildirib: "Sanksiyalar son dərəcə sərt olacaq".

Bundan əvvəl ABŞ prezidenti Co Bayden Finlandiya prezidenti Sauli Niinistöyə zəng edərək Finlandiyanın ABŞ və NATO ilə yaxın müdafiə tərəfdaşlığının əhəmiyyətini müzakirə edib.

Marin qeyd edib ki, onun fikrincə, digər ölkələr Finlandiyanın Rusiya ilə uzun müddətdir ki, funksional münasibət saxlaması faktını yüksək qiymətləndiriblər. “Finlandiya əvvəlki mövqeyində möhkəm olaraq qalır, ona görə ki, istəsə, nə vaxtsa NATO-ya üzv olmaq hüququ var... Heç kim bizə təsir edə bilməz, nə ABŞ, nə Rusiya, nə də başqa heç kim”, - deyə o əlavə edib.

Finlandiyanın ən böyük gündəlik qəzeti "Helsingin Sanomat" tərəfindən keçirilən son sorğuda respondentlərin 28%-i Finlandiyanın NATO-ya qoşulmasının lehinə, 42%-i əleyhinə, qalanları isə qərarsız olduğunu bildirib.

Baş nazir Marin bildirib: "Ümumiyyətlə, mən inanıram ki, yaxın illərdə NATO ilə bağlı müzakirələr intensivləşəcək".

"Finlandiya tezliklə NATO-ya daxil olmağı planlaşdırmır" - Baş nazir