FİDE Qran-prisinin 2-ci mərhələsinin püşkü atıldı

FİDE Qran-prisinin 2-ci mərhələsinin püşkü atıldı

FİDE Qran-prisinin 2-ci mərhələsinin püşkü atıldı

Fevralın 28-dən martın 14-dək Belqradda keçiriləcək şahmat üzrə FİDE Qran-prisinin 2-ci mərhələsinin püşkü atılıb.

Polemika.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov reytinq favoritlərindən biri kimi D qrupuna düşüb.

Hazırda 2767 xala malik 37 yaşlı qrossmeyster qrupun 1-ci pilləsində yer alıb. Onun rəqibləri fransalı Maksim Vaşye-Laqrav (2761), çinli Yu Yanqyi (2713) və rusiyalı Aleksandr Predke olacaq.

A qrupu:

Aleksandr Qrişuk (Rusiya), 2764

Dmitri Andreykin (Rusiya), 2724

Sem Şenklend (ABŞ), 2708

Etyen Bakro (Fransa), 2642

B qrupu:

Aniş Giri (Niderland), 2772

Nikita Vityuqov, (Rusiya), 2726

Pentala Harikrişna (Hindistan), 2719

Amin Tabatabayi (İran), 2623

C qrupu:

Rixard Rapport (Macarıstan), 2763

Vidit Qucrati (Hindistan), 2727

Vladimir Fedoseyev (Rusiya), 2704

Aleksey Şirov (İspaniya), 2704

D qrupu:

Şəhhriyar Məmmədyarov (AZƏRBAYCAN), 2767

Maksim Vaşye-Laqrav (Fransa), 2761

Yu Yanqyi (Çin), 2713

Aleksandr Predke (Rusiya), 2682

Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Finala vəsiqə qazanacaq şahmatçılar həm də İddiaçılar Turnirində iştirak hüququ əldə edəcəklər.

Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.

Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 150/000 avrodur.

FİDE Qran-prisinin 2-ci mərhələsinin püşkü atıldı