FHN Nərimanovda baş verən yanğınla bağlı məlumat yaydı

FHN Nərimanovda baş verən yanğınla bağlı məlumat yaydı

FHN Nərimanovda baş verən yanğınla bağlı məlumat yaydı

Bakıda yaşayış binasında yanğın olub.

Polemika.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində ümumi sahəsi 131 m² olan 3 otaqlı mənzilin eyvanı 4 m² sahədə, kondisioner və kombi avadanlığı yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın nəticəsində xəsarət alan olmayıb.

FHN Nərimanovda baş verən yanğınla bağlı məlumat yaydı