Fevralın ilk günü hava necə olacaq?

Fevralın ilk günü hava necə olacaq?

Fevralın ilk günü hava necə olacaq?

Fevralı 1-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Yeni Sabah"a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. 

Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-11° isti olacaq.

Bakıda gecə 2-4° isti, gündüz 8-10° isti olacaq. 

Atmosfer təzyiqi 758 mm civə sütununda 765 mm civə sütununa yüksələcək.   

Nisbi rütubət 60-70  % olacaq.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 31-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyini fevralın 01-i gündüz xəzri küləyi ilə əvəz olunacağı, atmosfer təziqinin mülayim tərəddüdü  gözlənilir ki, bu da bəzi  meteohəssas insanlar üçün  nisbətən əlverişsizdir. 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 15°-dək şaxta, gündüz 2-7° isti olacaq.    

Fevralın ilk günü hava necə olacaq?