Evlərdən oğurluq edən Masallı sakinləri saxlanıldı

Evlərdən oğurluq edən Masallı sakinləri saxlanıldı

Evlərdən oğurluq edən Masallı sakinləri saxlanıldı

Masallıda yaşayış evlərindən oğurluq edən rayon sakinləri saxlanılıb. 

Polemika.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Şıxlar kəndi ərazisindəki yaşayış evlərindən birindən 3 min manat dəyərində müxtəlif məişət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub. 

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə həmin oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Əhəd Nurullayev saxlanılıb.

Aparılan araşdırmalarla həmin şəxsin Şıxlar kəndindəki digər bir yaşayış evindən də 500 manat dəyərində məişət əşyalarını oğurladığı müəyyən edilib. 

Masallı RPŞ-nin əməkdaşlarının keçirdiyi digər əməliyyat-axtarış tədbirləri ilə daha bir oğurluq faktının üstü açılıb. Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən evlərdən birindən 400 manat dəyərində məişət əşyalarını oğurlamaqda şübhəli bilinən rayon sakini Gümrah Şiriyev müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır

Evlərdən oğurluq edən Masallı sakinləri saxlanıldı