Ermənistanda yeni prezident seçildi

Ermənistanda yeni prezident seçildi

Ermənistanda yeni prezident seçildi

Ermənistan parlamenti bu gün səsvermənin ikinci turunda Vahan Xaçatryanı ölkənin yeni prezidenti seçib.

Polemika.az xəbər verir ki, onun namizədliyinin lehinə 71 deputat səs verib. Bunlar hakim “Mülki müqavilə” fraksiyasının nümayəndələridir.

Birinci turda hakimiyyətdən olan deputatlar yüksək texnologiyalar sənayesin nazirini prezident seçə bilməmişdilər – Xaçatryana 10 səs kifayət etməmişdi.

İkinci turda seçki üçün tələb olunan daha az sayda səs nəzərdə tutulurdu.

Müxalifətin “Hayastan” və “Mənim şərəfim var” fraksiyaları öz namizədlərini irəli sürməyib və bu məsələ ilə bağlı müzakirələri boykot edib.

Xatırladaq ki, yanvarın 23-də Ermənistan prezidenti Armen Sarkisyan istefa verib.

Ermənistanda yeni prezident seçildi