Ermənistanda hamilə qadın koronavirusdan öldü

Ermənistanda hamilə qadın koronavirusdan öldü

Ermənistanda hamilə qadın koronavirusdan öldü

Ermənistanda hamilə qadın koronavirusdan ölüb.

Polemika.az "Aysor"a istinadla xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Anahit Avanesyan bu gün parlamentdə Ermənistanda koronavirusla bağlı vəziyyəti təqdim edərkən açıqlayıb.

O qeyd edib ki, ötən gün 810 yeni yoluxma faktı təsdiqlənib, 30 nəfər ölüb:

 "Təəssüf ki, qeyd etməliyəm ki, hamilə qadın gecə saatlarında koronavirusdan dünyasını dəyişib".

Nazirin sözlərinə görə, Delta ştammına yoluxma halında hamilə qadınlar daha çox risk altındadır:

"100-dən çox hamilə qadın var, onların yarısına pnevmoniya diaqnozu qoyulub və həkimlər qrupu onlara ən yaxşı tibbi yardım göstərmək üçün əlindən gələni edir, lakin təəssüf doğuran hallar var".

Ermənistanda hamilə qadın koronavirusdan öldü