“Ermənistan fürsətdən istifadə etməli və mövqelərinə yenidən baxmalıdır" - Nazir

“Ermənistan fürsətdən istifadə etməli və mövqelərinə yenidən baxmalıdır" - Nazir

“Ermənistan fürsətdən istifadə etməli və mövqelərinə yenidən baxmalıdır" - Nazir

"Şuşa Bəyannaməsi sayəsində dost ölkələr arasında münasibətlərin səviyyəsi strateji əməkdaşlığın keyfiyyətcə yeni səviyyəsinə yüksəlib".

Polemika.az “TRT Haber”ə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Türkiyə və Azərbaycanın gələcəyi və taleyi bir-biri ilə sıx bağlıdır", - o vurğulayıb.

Çavuşoğlu qeyd edib ki, uzunmüddətli Qarabağ münaqişəsinə son qoyan 44 günlük müharibədən sonra Cənubi Qafqaz regionda uzunmüddətli sülh və sabitliyə yol açaraq yeni reallıqlarla üzləşib:

“Ermənistan fürsətdən istifadə etməli və mövqelərinə yenidən baxmalıdır. Türkiyə və Ermənistanın xüsusi nümayəndələri fevralın 24-də Vyanada görüşəcək. Görüş yeri Ermənistan tərəfindən təklif edilib və biz buna qarşı çıxmamışıq. Türkiyə Ermənistanla bağlı addımları Bakı ilə hər mərhələdə müzakirə edir. Azərbaycan da Ermənistanla uzunmüddətli sülhün tərəfdarıdır. Biz sadəlövh deyilik. Eyni zamanda, qəti addımların atılmasının vacibliyini dərk edirik”.

“Ermənistan fürsətdən istifadə etməli və mövqelərinə yenidən baxmalıdır" - Nazir