Ermənistan Azərbaycanla sülhə hazırdır - Paşinyanın gizli MESAJLARI

Ermənistan Azərbaycanla sülhə hazırdır - Paşinyanın gizli

Ermənistan Azərbaycanla sülhə hazırdır - Paşinyanın gizli MESAJLARI

Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Mülki müqavilə” partiyası müxalifət partiyalarının Şuşa Bəyannaməsinin əleyinə hazırladığı bəyanat layihəsinə qoşulmaqdan imtina edib.

Müxalifət blokundan olan deputatlar “Mülki müqavilə”nin hərəkətlərini Ermənistanın Müstəqillik Bəyannaməsinin rədd edilməsi kimi qiymətləndiriblər.

“Hayastan” blokunun deputatı Andranik Tevanyan jurnalistlərə açıqlamasında bildirib ki, hakim partiya Şuşa Bəyannaməsi ilə bağlı bəyanatı qəbul etməkdən imtina edərək, Türkiyə və Azərbaycana sülhə hazır olduğu mesajını verib.

Doğrudan da, hakim partiya sülhəmi, hazırlaşır?

Polemika.az xəbər verir ki, politoloq Tofiq Abbasov bildirib ki, Paşinyan başa düşür ki, onlar təbii gedən proseslərin qarşısını ala bilməzlər:

“Şuşa bəyannaməsi elə bir sənəddir ki, onunla razılaşmaq lazımdır və onu nəzərə almaq lazımdır. Onun geriyə yolu yoxdur. Ermənistan parlamentində buna şübhə ilə yanaşanlar özlərini aldadırlar. Anlanmırlar ki, artıq proseslərin axarını pozmaq olmaz. Onlar ancaq dəstəkləməklə özlərini təsdiq edə bilərlər və nəsə əldə edə bilərlər”.

Onun sözlərinə görə, təbii ki, təklif özlüyündə provakativ xarakter daşıyır:

“Yəni, bu təklifi verənlər özləri də anlayırlar ki, bu keçərli deyil. Ancaq bu təklifi verənlər hakim qüvənin imicini pozmağa, hakim qüvvənin adını ləkələməyə çalışırlar. Bildirmək istəyirlər ki, hakim qüvvə milli maraqlara etinasızlıqla yanaşır və qətiyyəti yoxdur. Ancaq bu proseslərin əsas qənaəti ondan ibarətdir ki, bəli, Paşinyan təsadüfən son zamanlar sülh müqaviləsinə hazırlaşmağını dilə gətirmir. O bilir ki, artıq məsələ öz həllini tapıb. Azərbaycan öz həqiqətini artıq qarşı tərəfə bildirib. Artıq yeni status-kvo dəyişilməz olaraq qalacaq. Bu, həqiqətən praqmativ siyasətin nəticəsidir ki, artıq işğalçı Ermənistan bununla barışır. Mən düşünürəm ki, yaxın günlərdə Paşinyan tərəfindən sülh müqaviləsinə imza atılmasının şahidi olacağıq”.

Politoloq Qabil Hüseynli isə bildirib ki, bu, biabırçı hadisədir:

“Bu millətin təmiz başı xarab olub.  Gör, bu millət nə qədər ümumilli dəyərlərdən uzaq düşüb. Axı, sənin Rusiya ilə 50 illik strateji müttəfiqliklə bağlı müqavilən var. Sənin ərazilərində Rusiyanın üç hərbi bazası yerləşir. Azərbaycan niyə, bunu edə bilməsin?”

Ekspert təklifi olduqca gülünc adlandırıb:

“İki suverən, soy-kökü bir olan dövlət bir-biri ilə strateji müttəfiqlik müqaviləsi imzalayıb. Axı, bu, üçüncü dövlətə qarşı deyil. Dünya obyektiv olsa, ermənilərə cavab verər ki, bu dövlətlərin suveren hüququdur. Sizə nə aidiyyatı var? Niyə hay-küy qaldırmaq istəyirsiz? Ermənistan birinci özünə sonra kənara baxmalıdır. Ermənistanın Rusiya ilə imzaladığı müqavilə birbaşa Türkiyə və Azərbaycana qarşı yönəlib. Bəs, biz niyə hay-küy qaldırmırıq? Bu sadəcə, gülünclükdür”.Modern.az

Ermənistan Azərbaycanla sülhə hazırdır - Paşinyanın gizli MESAJLARI